Ağsuda narkotacirlər tutuldu

12:15 - 4 May 2024 - ÖLKƏ İÇİ

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb. Onlardan narkotik vasitə olan heroin aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti