Bakıda körpə ehtiyatsızlıqdan ağır xəsarət aldı

08:53 - 23 Fevral 2020 - HADİSƏ

Bakıda körpə ehtiyatsızlıq səbəbindən xəsarətlər alıb.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bacısının qucağında olan 2019-cu il təvəllüdlü Yıldırım İbrahim Ayxan oğlu ehtiyatsızlıqdan döşəmənin üzərinə düşüb. Körpə dərhal xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib./report

Xəbər xətti