ABŞ-ın Mayami-Deyd dairəsində 28 May – Respublika Günü münasibətilə rəsmi bəyannamə imzalanıb

08:39 - 27 May 2026 - Xəbər

ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində “Azərbaycanın Respublika Günü” münasibətilə bəyannamə qəbul olunub.

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, sənəd Mayami-Deyd dairəsinin meri Daniella Levine Cava tərəfindən imzalanıb. Təşəkkürnamədə Azərbaycan-Amerika icmasının mədəni irsin, tarixin və ictimai fəaliyyətin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.

 

Qeyd olunub ki, Azərbaycan-Amerika icması ABŞ və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, həmçinin Mayami-Deyd dairəsinin ictimai və mədəni həyatına mühüm töhfə verir.

 

Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.

Vüsalə Abbasova

Xəbər xətti