AK Macarıstanın yeni hökumətinə 16,4 milyard avro ayıracaq

16:39 - 29 May 2026 - DÜNYA

Avropa Komissiyası (AK) Macarıstanın yeni hökuməti üçün dərhal 14,2 milyard avro ayırmağa hazırdır və elm, təhsil və mədəniyyət sahələrinə əlavə 2,2 milyard avro vəsait ayrıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə AK-nın prezidenti Ursula fon der Lyayen Brüsseldə Macarıstanın yeni Baş naziri Peter Magyar ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Uzun illərdir bloklanmış 10 milyard avronu ayırmağa hazırıq. Biz həmçinin Aİ Birlik Fondu çərçivəsində 4,2 milyard avronun ayrılması şərtləri barədə razılığa gəlmişik" -deyə o bildirib.

Fon der Lyayen əlavə edib ki, yaxın gələcəkdə elm, təhsil və mədəniyyət sahələrinə daha 2,2 milyard avro vəsait ayrıla bilər. Bu, ilk növbədə Avropa elmi mübadilə proqramı Erasmusla bağlıdır.

Xəbər xətti