Kəmaləddin Heydərov Xırdalana gedəcək

10:19 - 29 May 2026 - Xəbər

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 2 iyun 2026-cı il tarixində Xırdalan şəhərində, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Abşeron və Zəngilan rayonları sakinlərinin qəbulu keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Xəbər xətti