Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı QƏRAR verdi

18:07 - 22 Fevral 2020 - Xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaqın məhkəməyə verdiyi təqdimata baxılıb.

Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsinin qərarı ilə rayon icra başçısı İsmayıl Vəliyev və şöbə müdiri Anar Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifələ səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər xətti