Koronavirusa yoluxanların sayı 324-ə çatıb.

Çində yeni növ koronavirusa yoluxanların sayı 324-ə çatıb. Trend-in məlumatına görə, daha əvvəl pnevmaniyanın yeni növünə yoluxanların sayının 309 olduğu bildirilirdi. Yoluxmaların ən çoxu - 270 nəfər - administrativ mərkəzi Uxan olan Xubey, daha 17-si ölkənin cənubundakı Quandun əyalətlərində, 10-u - Pekində, 6-sı Şanxayda, hər birində 5 olmaqla şərqdə yerləşən Çşetzianda və cənub-qərbdəki Çuntsin şəhərində qeydə alınıb. Həkimlərin dediklərinə görə, koronavirusun əlamətləri burun axması, öskürək, boğaz ağrısı və sinə darlığı kimi simptomlarla xarakterizə olunur. Bir neçə gün davam edə biləcək baş ağrısı və hərarət də ola bilər. Risk altında olan insanlar əsasən immunitet sistemi zəifləmiş, uşaqlar və yaşlılardır. Xəstəlik, həmçinin pnevmaniya və bronxitə oxşar simptomlarla da müşahidə edilir.
Tarix
22 Yanvar 2020 [08:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-22 08:13:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin