“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası -Video

13:56 - 21 Yanvar 2020 - MAQAZİN

“CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bir bilet alan tamaşaçılar iki film izləyəcəklər. Ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davam filmi olan “Karakomik filmler 2” “Deli” və “Emanet” adında iki filmdən ibarətdir. “Deli”, ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir. “Emanet” isə istedad müsabiqələrinə qatılıb bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.

Baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Xəbər xətti