Bakıda aktyorun qaynanasının evindən külli miqdarda oğurluq olub

10:04 - 19 Yanvar 2020 - HADİSƏ

Rəşad Səfərov Daxili İşlər Nazirliyinə müraciət etdi

Aktyor Rəşad Səfərovun qaynanasının evindən külli miqdarda pul və ziynət əşyaları oğurlanıb. "Ucnoqta.az"-a bu barədə aktyor Rəşad Səfərovun özü açıqlama verib. Aktyor bildirib ki, qaynanasının Xətayi rayonu, Gəncə prospektində yerləşən evindən oğurluq ediblər.

Aktyor DİN-dən məsələnin nəzarətə götürməsini və hərtərəfli araşdırılmasını xahiş edir.

Rövşən Tahir

Xəbər xətti