Yeni çəkilmiş yolda qeyri-adi mənzərə - VİDEO

Avtomobilin təhlükəsizlik kamerasına qeyri-adi yol istifadəçilərinin – elektrik ötürücü dirəklərinin görüntüləri düşüb. Ucnoqta.az xəbər verir ki, kadrlar Rusiyanın Vladimirskiy əyalətindəki Fominki yaşayış məntəqəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Videoda, yenicə çəkilmiş trasda iki işıq ötürücüsünün – biri yolun ortasında digəri isə sol zolağın kənarında olduğu görülür.

Məlumata görə, sözügedən avtomobil yolu bu il yenilənib və təmir işlərinə ümumilikdə 115,6 milyon rubl xərclənib.

Rayon İcra başçısı Dmitriy Naumov bildirib ki, yol hələ istifadəyə verilməyib. Ümumiyyətlə yol rəsmi olaraq bağlıdır.

“Yol hələ təhvil verilməyib, o işləmir. İnsanlar icazəsiz soxulurlar, buna görə də belə alınır” – Naumov söyləyib.

Yerli sakinlər isə, tras onların yeganə gediş-gəliş yolu olduğunu söyləyiblər.

 

Namiq Musayev

 

 

Tarix
18 Noyabr 2019 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-18 14:20:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin