Zirzəmidən 500 min avroluq nadir şərablar oğurlanıb

07:47 - 9 Noyabr 2019 - HADİSƏ

Fransanın Bordo şəhərində şərab taciri qarətçilərin qurbanı olub. Ucnoqta.az xəbər verir ki, onun şəxsi zirzəmisindən dəyəri 500 min avro olan nadir şərablar oğurlanıb. Hadisə noyabrın 8-də baş verib.

Məlumata görə, cinayətkarlar zirzəmiyə pəncərədən daxil olublar və ən dəyərli şərablardan 100 yaxın qutunu aparıblar. Şərabların arasında nüfuzlu çeşidlərdən “Chateau Petrus” və “Château Margaux” da olub.

İndi polis qarəti törədənləri tapmağa çalışır. Lakin şahidlərin olmaması axtarışları çətinləşdirir. Qonşular isə ətrafda şübhəli adamların görmədiklərini söyləyirlər.

Bildirilir ki, bu baş verən ilk oğurluq hadisə olmayıb. Belə ki, 2007-ci ildə bir başqa satıcının 3 min ədəd şərabını, 2014-cü ildə isə daha bir tacirin 600 ədəd şərabı oğurlanıb.

 

Namiq Musayev

Xəbər xətti