Son bir ildə Ermənistan əhalisinin sayı 12 min nəfərə yaxın azalıb

18:23 - 6 Noyabr 2019 - Xəbər

Son bir ildə Ermənistan əhalisinin sayı 11 700 nəfər azalıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, əhalinin sayı 2019-cu il oktyabrın 1-də 2018-ci ilin uyğun dövrü ilə müqayisədə 11 700 nəfər azalıb.

Məlumata görə, cari ilin 9 ayında isə ölkə əhalisinin sayı 7 800 nəfər az olub. 

Xəbər xətti