Bakıda quldurluqda təqsirləndirilən Leyla Zülfüqarovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Leyla Zülfüqarova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Leyla Zülfüqarova tanışları ilə birgə quldurluq etməkdə təqsirləndirilir. İttihama görə, o, dostları ilə birgə tanışlarına qarşı quldurluq edib. Digər şəxslərin cinayət işinə ayrıca baxılır.
Leyla Zülfüqarova Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələrlə təqsirləndirilib.