Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərruafatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.