Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

19:46 - 4 Noyabr 2019 - Xəbər

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq. Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək.

31 nömrəli marşrut isə “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək./trend

 

Xəbər xətti