Bağdadda polis etirazçılara atəş açıb, ölənlər var

18:47 - 4 Noyabr 2019 - Xəbər

Bu gün Bağdadda keçirilən kütləvi etiraz aksiyası zamanı polis nümayişçilərə atəş açıb.


Paytaxtın Ər-Rəşidiyyə rayonunda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində azı 5 etirazçı ölüb.

Təhlükəsizlik və səhiyyə mənbələri isə 1 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, oktyabrın əvvəllərindən İraqın müxtəlif şəhərlərində keçirilən kütləvi nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin gördüyü sərt tədbirlər nəticəsində 250 nəfərdən çox etirazçı ölüb.

Xəbər xətti