Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq

14:08 - 4 Noyabr 2019 - Xəbər

Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq. 

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib. Onun sözlərinə görə, Rusiya ilə bağlanmış müqaviləyə əsasən, Ermənistan 2019-cu ilin dekabrında və ya 2020-ci ilin yanvar-fevralında çoxfunksiyalı Su-30SM qırıcılarını almağı planlaşdırır.

Erməni nazir qeyd edib ki, ölkəsi azı dörd ölkədən silah alır.

Xəbər xətti