Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

13:42 - 4 Noyabr 2019 - Xəbər

Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb. 

Araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb. Hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı azyaşlı övladları - 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.

Uşaqlar atasından ayrı yaşayır. Qadın siqaret çəkir və içki audəçisidir. /oxu.az

Xəbər xətti