Rusiyada tanker partladı - Ölənlər var

11:02 - 2 Noyabr 2019 - DÜNYA

Rusiyanın Naxodka şəhərində neft tankerində partlayış baş verib.

Hadisə nəticəsində 2 dənizçi həlak olub, daha bir nəfər itkin düşüb. Hazırda itkin düşən dənizçinin axtarışları davam edir.

Qeyd olunur ki, partlayış tankerdə qaz sızması nəticəsində baş verib. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır./trend

Xəbər xətti