İmadəddin Nəsiminin "Neylərəm" adlı qəzəlinə klip çəkdirən Əməkdar artist Xumar Qədimova təqdimat keçirdi.
Ucnoqta.az xəbər verir ki, Respublikanın Əməkdar artisti Xumar Qədimova ” Azərkitab Kitab Mərkəzində “Neylərəm ” layihəsini təqdim edib. Layihə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub.
Tədbirdə onun İmadəddin Nəsiminin Neylərəm qəzəlinə bəstələnmiş mahnısına çəkilmiş klip təqdim olunub. Klipin rejisorluğunu Elmir Süleymanov edib. Neylərəm klipində gənc aktyor, qiraətçi Səfa Mehdi rol almışdır.
Tədbiri giriş sözü ilə açan Mərkəzin layihə rəhbəri Sabir Həsənov bildirib ki Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilmişdir. “Nəsimi ili” bağlı keçirilən tədbirlər gənclərin milli ruhda yetişməsində, onların maariflənməsində mühüm rol oynadığını vurğuladı. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır olduğunu qeyd edib.
Tədbiri təşkilatçıları qeyd ediblər ki, bu layihə ilə Azərbaycan mədəniyyətinə kiçik bir tohfə verəcəklərinə ümid edirlər.
Təqdimat mərasimində Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, millət vəkilləri Əflatun Amaşov, Aqil Abbas,tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.
Rövşən