Dünyanın ən yaxşı 500 şirkəti açıqlanıb

18:23 - 31 Oktyabr 2019 - Xəbər

ABŞ-ın "Forbes" nəşri apardığı iki mərhələli qiymətləndirmə nəticəsində dünyanın iş şəraitinə görə ən yaxşı 500 şirkətini müəyyənləşdirib.

Siyahıda qonşu ölkələrdən ən yaxşı nəticəni Türkiyədən "Koç Holding"i, Rusiyadan "Moscow Exchange" (Moskva Birjası) göstərib. Onlar müvafiq olaraq 35 və 138-ci yerlərdə qərarlaşıb.

Reytinq siyahısında ilk 3-lükdə ABŞ-ın "Alphabet", "Microsoft", "Red Hat" şirkətləri qərarlaşıblar. Ümumilikdə siyahıdakı ilk 10 şirkətdən 7-si ABŞ-a məxsusdur./report

Xəbər xətti