Bakıda arvadını iplə boğub öldürən şəxs məcburi müalicəyə göndərilib

11:18 - 31 Oktyabr 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, hakimlər heyəti M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlib və onun barəsində məcburi müalicə qərarı çıxarılıb.

Qeyd edək ki, hadisə ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib./report

 

Xəbər xətti