Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi

16:04 - 30 Oktyabr 2019 - Xəbər

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. 

BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib. Məktubda noyabrın 2-də Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında Milli Şuranın mitinq keçirməsinə razılıq verilməsi qeyd edilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb./oxu.az

Xəbər xətti