Fədayə Laçın azadlıqda - FOTO/VİDEO

11:52 - 29 Oktyabr 2019 - Xəbər

Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir.

Report xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək:

“Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”.
Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.
Video: Lent.az


Xəbər xətti