Araz Ağalarovun qardaşı qızı qəzaya düşdü

12:21 - 7 Avqust 2019 - Xəbər

Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qardaşı qızı Səbinə Ağalarova qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, "Qazel" markalı yük maşını onun idarə etdiyi “Bentley” markalı avtomobilə çırpılıb. Hadisə zamanı Səbinə Ağalarova xəsarət almasa da, maşını yararsız hala düşüb.

“Qırmızı işıqda dayanmışdıq. Arxadan yük maşını bizi vurdu. Məlum oldu ki, onu da arxadan qoşqu vurub. Onun sürücüsü yaşıl oxu əsas siqnalla səhv salıb. Hamımız sağıq. Heç kim xəsarət almayıb", - deyə Səbinə Ağalarova bildirib.

Maraqlıdır ki, Rusiya mətbuatı Səbinəni Ağalarovun qızı kimi təqdim edib. Lakin oliqarxın qızının adı Şeyladır.


Xəbər xətti