Bir neçə ölkədə X sosial şəbəkəsində böyük fasilə müşahidə olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən Downdetector xidmətinin saytında məlumat verilib.
Məlumatlara görə, istifadəçilərin 54%-i saytın işindən şikayət edir, 37%-i proqramın işində nasazlıqlar olduğunu, digər 9%-i isə serverlərə qoşulmaqda çətinlik çəkir.
Downdetector-un məlumatına görə, ABŞ-da təxminən 5,9 min istifadəçi xidmətdə problem olduğunu bildirib. Böyük Britaniya, Almaniya, Yaponiya və digər ölkələrdə də nasazlıqlar qeydə alınır.