ABŞ-də təyyarə qəzaya uğrayıb - ölənlər var

19:41 - 22 May 2025 - DÜNYA

Kaliforniya ştatının San Dieqo şəhərində "Cessna" təyyarəsinin yaşayış məntəqəsinə çırpılması nəticəsində bir neçə nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News-un yerli bölməsi məlumat yayıb.

Məlumata görə, həlak olanların hamısı təyyarənin göyərtəsində olub.
Təyyarənin göyərtəsində olan insanların sayı və ölənlərin sayı barədə hələlik məlumat yoxdur.

Xəbər xətti