Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqların yeni raunduna hazırlaşır və daha bir-iki görüşdə müsbət nəticə əldə edəcəklərinə ümid edirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran-Amerika Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi İran-Amerika məsləhətləşmələrinin beşinci raundunun yekunlarına dair İranın dövlət televiziyasına deyib.
"Tərəflər öz mövqelərini yekunlaşdırmaq, daha sonra danışıqların növbəti raundunu təşkil etmək və keçirmək barədə razılığa gəliblər. Ümid edirəm ki, növbəti bir və ya iki görüşdə danışıqların irəliləməsinə imkan verəcək qərarlar əldə edə biləcəyik. Omanın maneələrin aradan qaldırılması istiqamətində gördüyü işlər sayəsində irəliləyişə nail olmaq şansı var", - o, bildirib.
Əraqçi danışıqların son raundunu “bu günə qədər ən peşəkar danışıqlardan biri” adlandırıb.