Macarıstanın Aİ-dəki səsvermə hüququ ləğv edilə bilər

08:28 - 23 May 2025 - DÜNYA

Aİ Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu qurumun gündəliyi öz saytında dərc olunub.

Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.

Xəbər xətti