Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Türkan Üzümçülük sovxozunda yerləşən qeyri-yaşayış sahəsinə çəkilmiş orta təzyiqli qaz xəttinin sənaye kollektoruna birləşdirilməsi işləri görüləcək.
Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu müddətdə “Sevil” MMC, “Rəvan-Turan” MMC, “AGRO” MMC, “Bərəkət” MMC və daha bir neçə obyektin qaz təchizatı dayandırılacaq.
Bundan başqa, qaz xətlərində sazlama işlərinin aparılması və zədələnmiş qaz xətlərinin təmir olunması ilə əlaqədar bu gün saat 09:00-dan etibarən Zaqatala rayonunun bir neçə yaşayış məntəqəsinin, eyni zamanda, saat 10:00-dan etibarən Goranboy rayonunun bir neçə yaşayış məntəqəsinin və Sabunçu rayonu Pirşağı qəsəbəsinin bir hissəsində təbii qazın təchizatı dayandırılıb./oxu.az