Bu rayonlarda qaz olmayacaq
11:32 - 5 Avqust 2019 - Xəbər
Bu gün səhər saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bundan başqa, qeyd olunub ki, bu gün səhər saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.
Həmçinin bu gün səhər saat 09:00-dan etibarən avqustun 7-si işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansında olan magistral kəmərlərdə nəzərdə tutulan təmir işləri texniki səbəblərdən avqust ayının 6-na keçirilib.
Ona görə də Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay rayonlarının bir neçə kənd və yaşayış məntəqəsində qaz təchizatında dayandırmalar olmayacaq.