Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, 1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, cəhdi boşa çıxıb.
Onun üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr müsadirə olunub.
Azərbaycan vətəndaşını 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir./qafqazinfo