Filippində iki qayıq çevrilib, 7 nəfər ölüb, 44 nəfər itkin düşüb

16:48 - 3 Avqust 2019 - HADİSƏ

Filippinin İloilo şəhərinin sahillərində iki qayığın çevrilməsi nəticəsində azı 7 nəfər ölüb, 44 nəfər itkin düşüb.


“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli sahil mühafizə xidməti yayıb.

Bildirilib ki, mühərrikli qayıq Qimaras rayonuna doğru hərəkət edirmiş.

Mühafizə xidmətinin məlumatına əsasən, qayıqların birində 43 sərnişin və 4 heyət üzvü, digərində isə 4 heyət üzvü olub. İtkin düşən sərnişin və heyət üzvlərinin axtarışı davam edir. 

Xəbər xətti