Aygün Kərimova həbs edildi 

14:07 - 8 May 2024 - HADİSƏ

3 ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib. 

Ucnoqta.az xəbər verir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. 

Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi ilə yekun ittiham elan edilib.

Xanım müttəhim iki nəfər həmcinsini cinsi istismara məruz qoymaqda təqsirləndirilir.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. 

Xəbər xətti