Sinqapur HHQ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

12:26 - 8 May 2024 - DÜNYA

Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus Amerika istehsalı olan F-16 qırıcısı qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

mayın 8-də Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi uçuş zamanı problemlə üzləşib, pilot fövqəladə hal protokoluna uyğun olaraq cavab verib. Bildirilir ki, insident ölkənin qərbində yerləşən Tengah hərbi hava bazasında baş verib.

Təyyarənin pilotu uğurla katapult edib. Lakin qırıcı özü aviabazanın ərazisinə düşüb. Sinqapur Hərbi Hava Qüvvələri uğursuzluğun səbəbini müəyyən etmək üçün araşdırmaya başlayıb.

Xəbər xətti