Yük təyyarəsi İstanbul hava limanına qəza enişi edib - FOTO

11:18 - 8 May 2024 - DÜNYA

"Boeing 767" yük təyyarəsi şassi açılmadığı üçün İstanbul hava limanına qəza enişi edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb.

Məlumata görə, xəsarət alan olmayıb.

Boeing 767 özəl şirkətə məxsusdur və Paris - İstanbul marşrutu ilə uçurdu. Təyyarə ikinci cəhddə yerə enib. 


Xəbər xətti