Bakıda avtomobil yolu keçən qadını vurub öldürdü

16:43 - 22 İyul 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 20-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəbiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Lalə Əliyevanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti