Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub

13:49 - 19 İyul 2019 - Xəbər

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

Düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub. 

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər kənddə evlərin dam örtüyünə və hasarlarına dəyib./report

Xəbər xətti