Zaqatalada yem emalı müəssisəsi, Balakəndə inkubator məntəqəsi fəaliyyətə başladı

18:00 - 18 İyul 2019 - Xəbər

İyunun 17-də Zaqatala rayonunun Əliabad kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” Qalib Nəbiyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, USAİD-in proqram rəhbəri Eylin Louless və kənd sakinləri belə müəssisələrin bölgələrdə heyvandarlığın inkişafı, yemə olan tələbatın ödənilməsi və yeni iş yerlərinin açılması baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan taxıl təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.
Həmin gün həmçinin, Balakən rayonunun Gərəkli kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində yaradılmış inkubator məntəqəsi də fəaliyyətə başlayıb.

Xəbər xətti