Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib

15:54 - 16 İyul 2019 - HADİSƏ

Bakıda sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsindəki hökmdən apelyasiya şikayəti verib.


"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun icraatında olan iş üzrə ilkin baxış iclası iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib.

V.Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb.

Məlumata görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Xəbər xətti