Həkimlər tünd şokoladın insan sağlamlığı üçün daha faydalı olduğunu düşünürlər

Həkimlər hər gün sağlamlığa zərər vermədən nə qədər şokolad yeməyin mümkün olduğunu müəyyənləşdiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ekspertlər hər gün tünd şokolad plitəsinin yarısını rahatlıqla yeyə biləcəyimizi düşünürlər.

Eyni zamanda, qeyd olunur ki, şokoladı günün birinci yarısında yemək daha yaxşıdır və onun tərkibində kakao miqdarı azı 50% olmalıdır. Kalori miqdarı baxımından südlü və tünd şokoladların, təxminən, bərabər olduğu vurğulanır. Ekspertlər tərkibində faydalı komponentləri çox olduğuna görə tünd şokoladın insan sağlamlığı üçün daha faydalı olması fikrini irəli sürürlər.

Həkimlərin fikrincə, mədəaltı vəzisində problemli olan şəxslər şokolad yeməməlidirlər.

 

Tarix
11 İyul 2019 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-11 10:47:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin