Azərbaycanda hava sərinləşəcək

Azərbaycanda hava sərinləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, iyun ayının ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək. Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 2-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Tarix
28 İyun 2019 [18:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-28 18:32:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin