Cəlilabadda avtomobil 7 yaşlı uşağı vurub

10:04 - 6 İyun 2019 - HADİSƏ

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Ocaqlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Nəzərov Yusif Çingiz oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti