İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var

22:32 - 5 İyun 2019 - HADİSƏ

İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə saat 21 radələrində, Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil "Moskviç"lə toqquşub. Qəza zamanı İmişli rayon Sarxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Samir Ağabala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti