Eden Azarın 130 milyon avroya “Real”a keçidi razılaşdırıldı

Belçika yığmasının və İngiltərə “Çelsi”sinin futbolçusu Eden Azarın “Real”a keçidi ilə bağlı razılıq əldə olunub.

 İspaniya təmsilçisi transfer məsələsində London klubu ilə ortaq məxrəcə gəlib. Belə ki, ingiltərəlilər futbolçunu 115 milyon funt sterlinq, yəni 130 milyon avroya satmağa razılaşıb. Uzun müddət bu məbləği 150 milyondan avrodan aşağı salmaqdan imtina edən “Çelsi” güzəştə getməli olub.

“Real” futbolçunun özünə 4 illik müqavilə təklif edib. E.Azar bu müddətdə həftəyə 400 min avro qazanacaq. Belçikalı danışıqların iyunun 4-dək yekunlaşmasını istəyir.

Qeyd edək ki, Azar “Çelsi” ilə son oyununa bu gün Bakıda çıxacaq. Onun komandası Avropa Liqasının finalında “Arsenal”la üz-üzə gələcək./ONA

Tarix
29 May 2019 [12:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-29 12:27:20
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin