Göyçayda böyük qovaq ağacı magistral yola aşıb - FOTO

06:27 - 27 May 2019 - Xəbər

Gecə saatlarında əsən güclü küləyin təsiri nəticəsində böyük qovaq ağacı qırılaraq Göyçay-Ucar yoluna (2-ci km) aşıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ağacın gövdəsi iri olduğundan yolun əsas hissəsinə düşüb və təxminən 1 saat nəqliyyatın hərəkətinə mane olub. Əraziyə dərhal DYP əməkdaşları cəlb edilib. Ağacın yoldan təmizlənməsi işinə rayon ərazisində yanğın hadisəsindən qayıdan FHN əməkdaşları köməklik edib. Ağacın iri budaqları və gövdəsi kəsilərək ərazidən çıxarılıb. Əraziyə yaxın olan Potu kənd nümayəndəliyindən bildirilib ki, həmin vaxtlarda rayonda təxminən yarım saat ərzində güclü küləklə müşahidə olunan burulğan olub. Elə ağacın aşmasına səbəb kimi də bu göstərilir. Bundan başqa isə hələ ki, heç bir tələfat qeydə alınmayıb.


Xəbər xətti