Bakıda maşın 54 yaşlı kişini vurub öldürdü

23:20 - 22 Aprel 2019 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib. Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü Kənan Bəhrəm oğlu Kərimov idarə etdiyi "Volkswagen Passat" markalı "90-KB-785" dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospekti, 2096 saylı ünvanın qarşısında yolu keçən piyada, 1965-ci il təvəllüdlü İsrəfilov Qorxmaz İsrəfil oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb./trend

Xəbər xətti