Piratlar Türkiyədən yola düşən tankeri girov götürüb

23:09 - 27 Mart 2019 - DÜNYA

Türkiyənin Tuzla bölgəsindən yola çıxan “Elhiblu 1” adlı tanker Aralıq dənizinin Liviya sahillərində qaçırılıb. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Palau dövlətinə məxsus olan tanker piratlar tərəfindən girov götürülüb. Məlumata görə, tankerdə olan 6 nəfərdən 4-ü hindistanlı, biri türk və biri də liviyalıdır. Hadisə barədə məlumat daxil olduqdan sonra, Liviya Sahil Mühafizə Xidmətinə məxsus döyüş gəmisi tankerə müdaxilə üçün əraziyə göndərilib.

Xəbər xətti