Sumqayıtda gənc oğlan intihar edib

11:18 - 11 Dekabr 2018 - HADİSƏ

Sumqayıt şəhərində gənc oğlan özünü yaşadığı evdə asıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 1997-ci il təvəllüdlü Murad İlqar oğlu Qədiməliyev yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun meyiti muayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti