Donald Trampın impiçment məsələsi nəzərdən keçirilə bilər

18:11 - 10 Dekabr 2018 - DÜNYA

 ABŞ Konqresinin Hüquq Komitəsinə 2019-cu ilin yanvar ayında rəhbərlik edəcək Demokratlar Partiyasının Nyu-Yorkdan olan üzvü Cerrold Nedler ABŞ Prezidenti Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib.

Bu barədə "Report" "Azadlıq rasdiosu"na istinadən xəbər verir.

C.Nedlerin sözlərinə görə, D.Tramın vəkilinə sabiq "Playboy" modelinə münasibətləri barədə susmaq qarşılığında ödəniş etməyi tapşırdığı sübuta yetirildiyi təqdirdə impiçment məsələsi nəzərdən keçirilə bilər.

Nedler qeyd edib ki, bu, seçkiqabağı kampaniyanın maliyyələşdirmə qaydalarının pozulması hesab edilə bilər.

"Bu, impiçmentə səbəb ola biləcək pozuntu ola bilər. Bu qanun pozuntusunun impiçmentə haqq qazandırmaq üçün kifayət qədər vacib olub-olmaması isə başqa məsələdir. Amma əlbəttə ki, bu pozuntular impiçmentlə nəticələnə bilər. Çünki əməllər o Prezident  olmamışdan qabaq edilsə də, onlar bu vəzifəyə ədalətsiz seçki məqsədli edilib", - o deyib.

Qeyd edək ki, 2018-ci ilin yayında Trampın keçmiş hüquqşünası Maykl Koenin vəkili Trampın Koenlə ABŞ Prezidenti ilə münasibətləri olduğu iddia edilən sabiq "Playboy" modeli Karen Makduqala potensial ödənişi müzakirə etdiyi səsyazısını üzə çıxarıb. Səs yazısının 2016-cı ilin prezident seçkilərinə iki ay qalmış edildiyi iddia olunur.

Xəbər xətti